“Neftçi”nin futbolçusu Yuri Matias Rumıniya mətbuatına müsahibə verib.
Futbolpress.az xəbər verir ki, müdafiəçi Azərbaycandakı həyatından və klubdakı durumundan söz açıb:
– Azərbaycanda həyat necədir?
– Buranı çox bəyənirəm. Bakı çox gözəl şəhərdir. Dinc və təhlükəsizdir. Hər şey mükəmməldir.
– “Qarabağ” Azərbaycan üçün nə deməkdir?
– Son 10 ildə Avropada yaxşı çıxış edən komandadır. Lakin “Neftçi” tarixi və köklü klubdur. Buna baxmayaraq, son 10 ildə “Qarabağ” dominantlıq edir.
– Bu komanda necə oynayır?
– Çox sıx komandadır. Bir çox futbolçu 5-6 ildir, birlikdə oynayır. Uzun müddətdir eyni məşqçiləri var və futbolçular meydanda nə etməli olduqlarını yaxşı bilirlər. Çoxlu şans yarada bilən komandadır.
– Ən təhlükəli oyunçuları kimdir?
– O, getdi. Amma komandada yaxşı futbolçular çoxdur. Zubir müdafiəçilər üçün problem yaradır. Romao və Yankoviç də komandada mühüm rol oynayır.
– Juninyo idi ən yaxşı?
– Bəli, ölkənin ən yaxşı futbolçusu idi. Daha onu saxlaya bilmədilər. “Flamenqo” onu aldı və 5 milyon avro qazanacaqlar. “Qarabağ”ın futbolçularına həmişə təkliflər olur. Klubun yaxşı imkanları və çox yaxşı strategiyası var.
– “Qarabağ” hansı maaşları təklif edir?
– Rumıniyanın heç bir klubu belə maaşlar təklif etmir. “Qarabağ” daha çoxunu edir.
– “Qarabağ” Rumıniyada çempion ola bilər?
– Bilmirəm, amma 200 faiz titul üçün mübarizə aparardılar. Ötən mövsüm 25 xallıq fərqlə çempion oldular. Onların çox balanslı heyəti var.
– “Neftçi”də vəziyyət necədir?
– Təəssüf ki, komanda istədiyimiz yerdə deyil. “Neftçi” Azərbaycanın sevimli klubudur. Nəticələr yaxşı deyil deyə, insanlar narazı qalır. Çalışırıq ki, komandanı əvvəlki vəziyyətinə qaytaraq. İndi “Neftçi”də son titulu qazanan məşqçi gəlib.
– Şəxsi çıxışınız necədir?
– Bütün matçlarda start heyətdə çıxış etdiyim üçün razıyam. Yalnız zədəm olsa, kənarda qalıram. İyuna qədər müqaviləm var və sözləşmənin uzadılması ilə bağlı təklif gözləyirəm.
Şahin Cəfərov