“Feyenoord”un hücumçusu Santiaqo Ximenes karyerasını İtaliyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Milan” 23 yaşlı futbolçunun xidmətində maraqlıdır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Niderland klubu argentinalı hücumçu üçün 40 milyon avro tələb edir.
Santiaqo bu mövsüm 17 oyunda 13 qol vurub. Onun “transfermarkt”da dəyəri 37 milyon avrodur.