“Napoli”nin idman direktoru Covanni Manna gürcü futbolçu Xviça Kvaratsxeliyanın PSJ-yə keçidi haqda danışıb.
Futbolpress.az xəbər verir ki, o, yarımmüdafiəçinin öz istəyi ilə klubdan ayrıldığını bildirib:
“Məşqçimiz komandamızı yaxşı hazırlayıb və hansısa oyunçunun gedişi hiss edilməyəcəm. Xviça yaxşı futbolçudur, o, özü satılmağını xahiş etdi. Yeni müqavilə imzalamasını istərdik, amma maaş istəyi bizim şərtlərimizə uyğun gəlmədi və satmaq məcburiyyətində qaldıq”.
PSJ Xviça üçün “Napoli”yə 70 milyon avro ödəyəcək.