Rumıniyanın “Styaua” klubunun baş məşqçisi Elias Haralambus Avropa Liqasında “Qarabağ”a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:
“Avropada hər oyun çətin keçir. “Qarabağ” yaxşı komandadır, təcrübələri var. Avropa arenasında yaxşı futbol nümayiş etdirə bilirik, ümid edirəm, yenə bacararıq. Mərhələni ilk 8 sırada bitirmək üçün qalan 2 oyunda maksimum xallar qazanmalıyıq”.
Yanvarın 23-də keçiriləcək “Styaua” – “Qarabağ” oyununa saat 21:45-də start veriləcək.