Futzal üzrə “Neftçi” İK iki futzalçı ilə anlaşıb.
Futbolpress.az xəbər verir ki, paytaxt təmsilçisi “Araz-Naxçıvan”dan ayrılan Emil Həsənzadəni və qapıçı Zamin Qasanovu heyətinə qatıb. Sonuncu Rusiyanın “Norilski Nikel” komandasından gəlib.
Əvəzində 3 oyunçu komandadan kənarlaşdırılıb. Nüsrət Fərzəli və Sadegh Javiditabar “Şuşa”ya yollanıb. Qapıçı Anar Məmmədov da komandanı tərk edib.