Ərəblər Alleqri ilə razılaşdı

“Yuventus”un sabiq baş məşqçisi Massimiliano Alleqri karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Əl Əhli” italiyalı mütəxəssisin xidmətində maraqlıdır. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Tərəflər arasında ilkin danışıqların olduğu bildirilir.

Alleqrinin mövsümün sonunda kluba baş məşqçi təyin ediləcəyi gözlənilir. Hazırda komandanı almaniyalı Mattias Yassle çalışdırır.

“Əl Əhli” çempionatda 15 turdan sonra 23 xalla 5-ci sıradadır.