Neymar getsin, Salah gəlsin

“Əl Hilal” futbolçusu Neymarla yollarını ayırmaq istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb. Səudiyyə Ərəbistanı təmsilçisi braziliyalı hücumçu üçün gələcək təklifləri dəyərləndirəcək.

“Əl Hilal” Neymarı satıb, əvəzinə Məhəmməd Salahı transfer etmək istəyir.

Neymar bu mövsüm cəmi 2 oyuna çıxıb. Futbolçu uzun müddət zədədən əziyyət çəkib.