Yenidən Premyer Liqaya qayıda bilər

“Çelsi”, “Arsenal” və “Fulhem”in keçmiş vingeri Villian Yunanıstanın “Olimpiakos” klubu ilə müqaviləsini ləğv etdikdən sonra azad agent statusundadır.

Futbolpress.az xəbər verir ki, “Everton” təcrübəli futbolçunu pulsuz transfer etmək istəyən klublardan biridir. Başqa potensial hədəfləri də olduğu üçün hələ ki, buna əməl etməyiblər. Digər Premyer Liqa klubları da var ki, Villiana təklif olunub, lakin hesabatda onların adı çəkilməyib.

36 yaşlı futbolçunun “Transfermarkt” portalında hazırki dəyəri 1 milyon avrodur.