“Borussiya”nın Sanço üsullu Reşford planı

Dortmund “Borussiya”sı “Mançester Yunayted”in hücumçusu Markus Reşfordla maraqlanır.

Futbolpress.az xəbər verir ki, Bundesliqa nəhəngi mövsümün ilk yarısından hücum xəttini gücləndirmək niyyətindədir. Bundan əlavə, onlar yanvar ayında hücumçu Donyell Maleni “Aston Villa”ya satdılar. Yəni heyətdə Reşford üçün yer var. Dortmundluların üstünlüyü 27 yaşlı futbolçunu icarəyə götürmək istəməsidir. Ötən mövsüm Çempionlar Liqasının finalına yüksəlməsinə kömək edən Ceydon Sanço ilə də eyni şeyi etdilər. 

İngiltərəli futbolçu meydanda vaxt qazana bilmədiyinə klubdan ayrılmağa hazırdır.