“Nürnberq”in baş məşqçisi Miroslav Klozenin hücumçu Mahir Emrelidən narazılığı davam edir.
Futbolpress.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Mütəxəssis “İnqolştadt” ilə yoxlama matçında Mahiri daha çox pressinq etməməyindən gileylənib. O, tez-tez Emrelini çox çalışmağa, intensiv pressinq tətbiq etməyə çağırıb.
Azərbaycanlı hücumçu bu görüşdən penaltidən bir qol vurub.
Mahirin II Bundesliqada “Karlşrue” ilə matçda ehtiyatda olacağı ehtimalı edilir.