Yeni müqavilə Ronaldonu klub sahiblərindən edəcək

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo “Əl Nəsr”lə müqaviləsini uzadacaq.

Futbolpress.az xəbər verir ki, forvard sözləşməyə imza atdıqdan sonra eyni zamanda klubun səhmlərinin 5 faizinə sahib olacaq. bu barədə “Marca” nəşri məlumat yayıb.

Ronaldonun sözləşməsinin müddəti 2026-cı ilin yayına kimi qüvvədə olacaq.

Hücumçu 2023-cü ilin yanvarından “Əl Nəsr”də forma geyinir. O, klubda 90 oyunda 81 qol vurub.