Fransalı hücumçu “Qarabağ”ın “radar”ında

“Legiya”nın hücumçusu Migel Alfarela karyerasını Azərbaycanda davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Qarabağ” fransalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə Polşanın “Goal.pl” saytı məlumat yayıb. Xəbərdə hücumçu ilə “Qarabağ”la yanaşı, Fransadan bir neçə klubun maraqlandığı bildirilib.

Alfarela yaxın günlərdə qərarını verəcək.

27 yaşlı hcumçu bu mövsüm 13 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib. Onun “transfermarkt”da dəyəri 600 min avrodur.