“Sumqayıt” yeni mövsümə hazırlıqlarını davam etdirir. Komanda toplanış çərçivəsində bir sınaq matçı keçirib. “Kimyaçılar” “Araz-Naxçıvan”la heç-heçə edib – 2:2.
Görüşdə “Sumqayıt”ın heyətində gürcü futbolçu Giorgi Karaişvili ilk qolunu vurub. Yarımmüdafiəçi “FutbolPress“ə açıqlamasında fikirlərini bölüşdü:
“Hazırlığımız yaxşı gedir. Mövsümün davamını uğurlu keçirmək üçün motivasiyalıyıq.
“Araz-Naxçıvan” çox yaxşı komandadır və onların turnir cədvəlində ikinci sırada olması bunu sübut edir. Buna baxmayaraq, onlarla başabaş futbol oynadıq”.
Karaişvili daha çox oynayacağı halda, daha yaxşı formada olacağını əlavə etdi:
“Ötən il mənim üçün çox çətin oldu. Lakin bunlarla güclənməyə çalışdım və ilə ikiqat motivasiyalı başlamışam. Oynamağa hazıram. Lakin hər futbolçu daha yaxşı olmaq üçün oynamalıdır. Zaman keçdikcə daha formada olacam.
“Sumqayıt”a gəlməklə yeni liqada özümü sınamaq istədim. Motivasiyalıyam və daha yaxşı oynamaq istəyirəm”.
Şahin Cəfərov