“Real”ın sabiq futbolçusu Antonio Kassano açıqlama verib.
Futbolpress.az xəbər verir ki, italiyalı keçmiş futbolçu “Barselona”ya olan sevgisindən danışıb:
“Real”da oynamışam, ancaq “Barselona”da çıxış etmək imkanım olmayıb. “Barselona” sevdiyim klubdur və onların oyun tərzi məni dəli edir. “Barselona”da oyunçular tək qələbəni deyil, oyundan həzz almağı düşünürlər. Heç bir komanda bunu etmir”.
Kassano 2006-2008-ci illərdə “Real”da çıxış edib. O, Madrid təmsilçisində 29 oyunda 4 qol vurub.