“Sevilya”nın futbolçusu həbs oluna bilər

İspaniya təmsilçisi “Sevilya”nın müdafiəçisi Kike Salas dələduzluqda şübhəli bilinərək saxlanılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə “El Confidencial” nəşri məlumat yayıb. Salas La Liqa matçlarında bilərəkdən sarı vərəqə almaqda şübhəli bilinir. O, özünün rəsmi cəzalanmasına mərc qoyuluşu etməkdə ittiham edilib.

Salas bu mövsüm 14 oyunda 2 məhsuldar ötürmə edib. O, bu mövsüm La Liqada 3 dəfə sarı vərəqə alıb.