Eyni gündə 3-cü təyinat

Azərbaycanın taekvondo üzrə yeniyetmələrdən ibarət yığma komandasına baş məşqçi təyinatı olub.

Futbolpress.az xəbər verir ki, millinin sükanı Səbuhi Zülfüqarova tapşırılıb. Bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bu gün Taekvondo Federasiyasında daha iki təyinat reallaşıb. Elnur Amanov U-21-in baş məşqçisi, Zahid Məmmədov isə böyük məşqçi təyin edilib.