Mövsümün sonunda İngiltərəyə gedəcək

“Real Sosyedad”ın yarımmüdafiəçisi Martin Subimendi mövsümün sonunda “Arsenal”a keçəcək.

Futbolpress.az xəbər verir ki, “Topçular” 60 milyon avroluq sərbəst qalma müddəasını aktivləşdirəcəklər. Danışıqlar qabaqcıl mərhələdədir. Mənbələr sövdələşmənin demək olar ki, tamamlandığını bildirir.

Qeyd olunur ki, “Arsenal” Subimendini indi heyətdə görmək istəyir, lakin “Real Sosyedad” yarımmüdafiəçinin mövsümün sonuna qədər hazırkı komandasında qalmasını israr edib.