“Hatayspor” Azərbaycan millisinin futbolçusu Renat Dadaşova görə FIFA tərəfindən cəzalandırılıb.
Futbolpress.az xəbər verir ki, Türkiyə təmsilçisinə transfer qadağası qoyulub. Hatay klubunun Renata borcu olması buna səbəb olub. Klub İdman Arbitraj Məhkəməsinə müraciət etsə, veriləcək qərardan asılı olaraq transferlərə yol açılacaq.
Qeyd edək ki, hazırda “Ankaragücü”də çıxış edən Dadaşov 2023/2024 mövsümündə “Hatayspor”un formasını geyinib.