“Antalyaspor” baş məşqçisi Aleks de Souza ilə yollarını ayırıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Superliqanın XIX turu çərçivəsində “Trabzonspor”a 0:5 hesablı məğlub olan Türkiyə təmsilçisi braziliyalı mütəxəssislə vidalaşıb.
Qeyd edək ki, Aleks “Antalyaspor” ilə ötən ilin may ayında 2 illik müqavilə imzalamışdı.