Millinin oyunu onlara tapşırıldı

Futzal üzrə AVRO-2026-nın əsas mərhələsi çərçivəsində Azərbaycan millisinin fevralın 4-də Bakıda Yunanıstanla keçirəcəyi oyuna təyinatlar açıqlanıb.

Futbolpress.az xəbər verir ki, görüşdə Norveç, Almaniya, Serbiyadan olan referilər iştirak edəcək.

Azərbaycan – Yunanıstan

4 fevral. Bakı İdman Sarayı. Saat 20:00

Hakimlər: Telmen Undrakh (Norveç), Yakob Pavlovski (Almaniya), Dag Erik Tangvik (Norveç)
Hakim-inspektor: Sreten Vasiç (Serbiya)
UEFA nümayəndəsi: Vladimir Kolbasiuk (Moldova)