“Arsenal” ciddi itki ilə üzləşib.
Futbolpress.az xəbər verir ki, “topçular”ın hücumçusu Qabriel Jezuş İngiltərə Federasiya Kubokunda “Mançester Yunayted”lə matçda zədə alıb. 27 yaşlı hücumçu meydanı xərəkdə tərk edib.
Jezuşun durumu tibbi müayinədən sonra bilinəcək.
Braziliyalı hücumçu bu mövsüm 26 oyunda 7 qol vurub, 2 məhsuldar ötürmə edib.