İngiltərəli müdafiəçi Kayl Uolker “Mançester Siti”dən ayrılmaq istəyir.
Futbolpress.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Xosep Qvardiola Federasiya Kubokunda “Salford Siti”yə qalib gəldikləri oyundan (8:0) sonra yerli mətbuata açıqlamasında söyləyib:
“Uolker heyətdə olmadı, çünki ayrılmaq istəyir. İki gün əvvəl özü bu haqda mənə məlumat verdi”.
Kayl 2017-ci ildən “Mançester Siti”də çıxış edir. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.