“Mançester Yunayted”in futbolçusu Markus Reşford daha bir klubun diqqət mərkəzinə düşüb.
Futbolpress.az xəbər verir ki, Fransanın “Monako” klubu ingilis hücumçunun xidmətində maraqlıdır. Bu barədə “The Telegraph” nəşri məlumat yayıb.
“Monako” oyunçuya yüksək məbləğdə maaş təklif etməyə hazırdır. Tərəflər arasında yaxın zamanda danışıqlar başlayacaq.
Reşfordla “Milan”, “Komo”, “Yuventus” da maraqlanır.
İngilis futbolçu bu mövsüm 24 oyunda 7 qol vurub.