Yeni strategiyada 5 əsas hədəf nələrdir?

AFFA-nın İnkişaf Strategiyasının layihəsi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, qurum qarşıda duran 5 hədəfi müəyyən edib. Bunlar aşağıdakılardır:

• Kişilərdən ibarət A milli komandanın FIFA reytinqində ən yaxşı 75, qadınlardan
ibarət A milli komandanın isə ən yaxşı 50 komanda sırasına yüksəldilməsi bu
strategiyanın uzunmüddətli hədəflərindəndir

• UEFA-nın klub reytinqində (kişilər) ilk 20-yə, qadın komandaları üçün isə ilk 40-
yə daxil olmaq da uzunmüddətli hədəf olaraq nəzərdə tutulub

• Avropanın aparıcı klublarının diqqətini cəlb edə biləcək istedadlı azərbaycanlı
futbolçular və məşqçi heyətini yetişdirmək üçün Azərbaycan Respublikasının
yeni, innovativ Futbolun İnkişafı Mərkəzinin yaradılması

• Kişilərdən və qadınlardan ibarət aşağı yaş qrupu üzrə milli komandaların
Avropa çempionatlarının final mərhələlərinə mütəmadi vəsiqə qazanması üçün
rəqabətqabiliyyətliliyini təmin etmək

• Azərbaycanın peşəkar klublarının ümumi bazar dəyərini ikiqat artırmaq.