“Sumqayıt” Futbol Klubu və “Azərikimya” İB-nin təşəbbüsü, “Kapital Bank” ASC və “Paşa Həyat Sığorta” ASC-nin dəstəyi ilə Sumqayıt şəhərində yerləşən Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Xüsusi Məktəbin şagirdləri ilə görüş təşkil olunub.
Futbolpress.az xəbər verir ki, görüşdə “Azərikimya” İB-nin Baş Direktoru və “Sumqayıt” FK-nın Müşahidə Şurasının sədri Elnur Məmmədli, “Sumqayıt”ın prezidenti Riad Rəfiyev, vitse-prezident Aydın Xəlilov, baş məşqçi Vaqif Cavadov, komanda üzvləri, “Kapital Bank” ASC-nin İctimaiyyətlə Əlaqələr üzrə eksperti İlyas Cəfərli və klubun digər əməkdaşları iştirak ediblər.
Görüşdə məktəbin şagirdləri tərəfindən hazırlanmış çıxışlar təqdim olunub, onlarla maraqlı söhbətlər aparılıb. Şagirdlər komandamızın futbolçuları ilə fotolar çəkdirib, daha sonra isə onlara hədiyyələr təqdim olunub. Yekunda isə xatirə şəkli çəkdirilib.