“Şamaxı”dan ayrılan Qurban Səfərov hələ klubsuzdur.
“FutbolPress“in məlumatına görə, Azərbaycanın U-21 yığmasının da üzvü olan yarımmüdafiəçi hələ təklif gözləyir.
I Liqa təmsilçisi “İmişli” oyunçunun xidmətində maraqlıdır. Səfərov Premyer Liqada oynamağa üstünlük verir, lakin təklif olmazsa, mövsümün sonuna kimi bölgə təmsilçisində çıxış etməyə razı olacaq.
Qurban bu mövsüm “Şamaxı” formasıyla 14 oyunda 1 qolla yadda qalıb.