Potterin yeni iş yeri bilindi

Ötən gün Xuan Lopeteqi ilə yollarını ayıran “Vest Hem” yeni baş məşqçi təyinatını reallaşdırıb.

Futbolpress.az xəbər verir ki, London klubunu bundan sonra 49 yaşlı ingiltərəli mütəxəssis Qrem Potter çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb:

“Vest Hem” Qrem Potteri klubun yeni baş məşqçisi kimi qəbul etməkdən məmnundur. 49 yaşlı mütəxəssis “Çəkiclər”lə iki il yarımlıq müqavilə imzalayıb. Potter cümə günü FA Kubokunun 3-cü raundunda “Aston Villa”ya qarşı görüşdə ilk dəfə yeni komandasına rəhbərlik edəcək”. 

Qeyd edək ki, Potterin baş məşqçi kimi işlədiyi sonuncu klub “Çelsi” olub.