“Sumqayıt” Cavadovla bağlı qərar verdi

“Sumqayıt” Futbol Klubunda Müşahidə Şurasının növbəti iclası baş tutub.

Futbolpress.az xəbər verir ki, iclasda komandanın ötən ildə əldə etdiyi uğurlara toxunulub. Daha sonra isə hal-hazırda “kimyaçılar”ın müvəqqəti baş məşqçisi funksiyasını icra edən Vaqif Cavadovun işi qənaətbəxş hesab olunub və onunla daimi əsaslı müqavilə bağlanılması qərara alınıb.

Cavadov qarşıdakı 2,5 il müddətində “Sumqayıt” FK-nın baş məşqçisi təyin olunub.