“Qalatasaray” fransalı hücumçu ilə maraqlanır

Fransanın “Renn” klubunun hücumçusu Amin Giuri karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Qalatasaray” fransalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə “FootMercato” nəşri məlumat yayıb.

Giuri “Renn”dən ayrılmaq istəyir və “Qalatasaray” variantına müsbət yanaşır.

Fransalı hücumçu bu mövsüm Liqa 1-də 16 oyunda 2 qol vurub.