“Tottenhem”in hücumçusu Henq-Min Son karyerasını İspaniyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Barselona” koreyalı oyunçunu transfer etməkdə maraqlıdır. Son cari mövsümün sonunda İngiltərə klubuyla yeni sözləşmə imzalamasa, “kataloniyalılar” onu pulsuz transfer etməyə çalışacaq.
32 yaşlı koreyalı forvard 2015-ci ildən “Tottenhem”in heyətində çıxış edir.