Qış fasiləsi zamanı transfer bazarında ilk hərəkətə keçən klublardan biri də “Şamaxı” idi.
Bölgə təmsilçisi bu günə qədər Cəlal Hüseynov və Murad Vəliyevin keçidlərini açıqlayıb.
“Şirlər”in baş meneceri Kamran İsmayılov “FutbolPress”ə açıqlama verərək, növbəti transfer çalışmaları barədə danışdı:
“Qış fasiləsi zamanı 2 oyunçunun keçidini rəsmiləşdirmişik. Bu yöndə çalışmalarımız hələ davam edir. Təbii ki, imkan olduğu halda bütün mövqeləri gücləndirmək istəyərdik. Lakin hazırki durum buna imkan vermir. Həm daxili, həm də xarici bazarla maraqlanırıq. Hər hansı transferimiz rəsmiləşən kimi ictimaiyyətə məlumat verəcəyik”.
Təcrübəli menecer “Şamaxı”nın hücumçusu Leroy Mikelsin adının “Qarabağ”la hallanmasına belə münasibət bildirdi:
“Hələ ki, heç bir klubdan Mikels üçün rəsmi təklif olmayıb. O, mövsümün sonuna qədər müqavilə əsasında “Şamaxı”ya məxsusdur”.
Mirkamal Kazım