“Fulhem”in hədəfinə tuş gəldi

“Mançester Siti”nin hücumameyilli yarımmüdafiəçisi Ceyms Makkati klubu tərk edə bilər.

Futbolpress.az xəbər verir ki, Londonun “Fulhem” klubu 22 yaşlı futbolçu ilə müqavilə imzalamaq üçün hərəkətə keçib. Hazırda “Fulhem” Makatinin alqı-satqısı üçün müqavilədəki təzminat bəndində göstərilən 48 milyon avronun ayrılıb-ayrılmayacağını düşünür.

İngiltərəli yarımmüdafiəçinin “şəhərlilər”lə müqaviləsi 2026-cı ilin yayına qədərdir.