Türkiyə Super Liqasında XVIII tura yekun vurulub.
Futbolpress.az xəbər verir ki, son oyun günündə 3 görüş baş tutub. “Qaziantep” səfərdə, “Bodrumspor” evdə 1 xala sevinib. “Fənərbağça” isə minimal hesablı qələbə qazanıb.
“Qalatasaray” qalib gələrək liderliyini qoruyub. “Eyüpspor” səfərdə rəqibini darmadağın edib. “Trabzonspor” isə məğlubiyyətlə üzləşib.
Açılış günündə iki matç baş tutub. “Alanyaspor” evdə “Konyaspor”u məğlub edib. “Beşiktaş” isə “Rizespor” səfərindən 1 xalla dönüb.
Türkiyə Super Liqası
XVIII tur
3 yanvar
Alanyaspor – Konyaspor 2:1
Qollar: Q.Makouta, 9, S.Kordova, 54 – B.Kramer, 90+6
Rizespor – Beşiktaş 1:1
Qollar: G.Fernandeş, 38 (avtoqol) – E.Muçi, 45+3
4 yanvar
Adana Demirspor – Başakşehir 0:1
Qol: Davidson, 32
Antalyaspor – Eyüpspor 1:4
Qollar: R.Safuri, 48 – M.Tiam, 32, 35, A.Kutucu, 41, O.Ampem, 62
Qalatasaray – Göztepe 2:1
Qollar: V.Osimhen, 10 (pen.), Y.Akgün, 61 – Romulo, 27
Samsunspor – Trabzonspor 2:1
Qollar: K.Hols, 30, 75 – S.Banza, 49
5 yanvar
Kasımpaşa – Qaziantep 2:2
Qollar: N.Kosta, 7, 41 – D.Okereke, 9, H.Dervişoğlu, 83
Bodrumspor – Kayserispor 1:1
Qollar: C.Şen, 76 – S.Bahoken, 48
Fənərbağça – Hatayspor 2:1
Qollar: En Nesyri, 16, 45+5 – B.Boutobba, 33