A Seriyasında tura yekun vuruldu

İtaliya A Seriyasında XVIII tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, “Komo” “Leççe”ni 2 cavabsız qolla məğlub edib. “Verona” səfərdə “Bolonya”dan üstün olub.

“Napoli” minimal hesablı qələbəyə sevinib. “Yuventus” son dəqiqə qolu ilə 3 xalı əldən verib. Turun mərkəzi matçı sayılan “Milan” – “Roma” duelində qalib müəyyənləşməyib.

Turun ilk günündə 4 qarşılaşma keçirilib. “Cenoa” səfərdə, “Parma” isə evdə minimal hesablı qələbə qazanıb. “İnter” rəqibinə acımayıb. “Atalanta” xal itirsə sə liderliyini əldən verməyib.

İtaliya A Seriyası

XVIII tur

28 dekabr

Empoli – Cenoa 1:2

Qollar: Espesito, 74 – M.Badelj, 46, C.Ekuban, 68

Parma – Montsa 2:1

Qollar: Hernani, 56 (pen.), L.Valenti, 90+8 – P.Pereyra, 85

Kalyari – İnter 0:3

Qollar: A.Bastoni, 53, L.Martinez, 71, H.Çalhanoğlu, 78 (pen.)

Latsio – Atalanta 1:1

Qollar: F.Beşiru, 27 – M.Breskianini, 88

29 dekabr

Udineze – Torino 2:2

Qollar: İ.Toure, 41, L.Lukka, 49 – C.Adams, 53, S.Riççi, 64

Napoli – Veneziya 1:0

Qol: C.Raspadori, 79

Yuventus – Fiorentina 2:2

Qollar: K.Truam, 20, 48 – M.Kin, 38, R.Şottil, 87

Milan – Roma 1:1

Qollar: T.Reynders, 16 – P.Dibala, 23

30 dekabr

Komo – Leççe 2:0

Qollar: N.Paz, 49, P.Kutron, 79

Bolonya – Verona 2:3

Qollar: B.Domingez, 20, 58 – A.Sar, 38, K.Tenqştedt, 45+2, S.Kastro, 88 (öz qapısına)