“Turan Tovuz” Futbol Akademiyasının U-19, U-17, U-16 və U-15 komandalarının üzvlərinə irqçiliyə qarşı mübarizə ilə bağlı seminar keçirilib.
Futbolpress.az xəbər verir ki, stadionumuzda keçirilən tədbirdə akademiyamızın koordinatoru Ülfət Mədətov, futbolda sosial məsuliyyət üzrə məsul şəxsi Elmir Musayev bu mövzuda mühazirə oxuyublar, maarifləndirici təqdimatlar ediblər. Tədbirdə həyatın bütün sferalarında olduğu kimi futbolda da irqçiliyə yer olmadığı vurğulanıb, bu mövzu ətrafında geniş müzakirələr və fikir mübadilələri aparılıb.
“Turan Tovuz Peşəkar Futbol Klubu” futbol adına ləkə salan və ümumiyyətlə, insanlıqdan uzaq olan irqçilik hallarını pisləyir, irqçiliyə qarşı mübarizə aparacağını bəyan edir.