“Qarabağ”ın qapıçısı Mateuş Koxalski Polşa mətbuatına açıqlama verib.
Futbolpress.az xəbər verir ki, polşalı qolkiper Azərbaycan təmsilçisinə gəlməklə arzusunu reallaşdırdığını deyib:
“Qarabağ”a gələndə sevinc çox idi. Arzumu gerçəkləşdirdim, avrokuboklarda oynamaq üçün “Qarabağ”ı seçdim”.
Koxalski mövsümün əvvəlində “Qarabağ”la müqavilə imzalayıb. 25 yaşlı qolkiper “atlılar”la 18 oyunda 22 qol buraxıb.