“Turan Tovuz” Azərbaycan Premyer Liqasında 18 turdan sonra 32 xalla 3-cü sırada qərarlaşıb.
Klubun İdarə Heyətinin üzvü Yaşar Sultanov “FutbolPress“ə açıqlamasında bölgə təmsilçisinin I dövrədəki çıxışını dəyərləndirdi:
“Turan”ın çıxışını qənaətbəxş hesab edirəm. Hədəf yüksək səviyyəli, rəqabətə davamlı komanda formalaşdırmaqdır. Güman edirəm ki, peşəkar mütəxəssislərin və idarəetmə heyətinin birgə və koordinasiyalı fəaliyyəti nəticəsində komanda istəyinə nail olacaq”.
Vaxtilə AFFA İcraiyyə Komitəsinin də üzvü olan Sultanov son günlərdə gündəmə gələn Premyer Liqada legioner limitinin ləğv edilməsi mövzusuna da toxundu:
“Legioner limitinə mütləq baxmaq lazımdır. Məncə, say 7-dən 4-ə endirilməlidir. Əks halda, milli komandamız həmişə fiasko ilə üzləşəcək. Legioner limitinin artırılması futbolumuza xəyanət və düşmənçilikdir”.
Şahin Cəfərov