“Liverpul”la “Mançester Siti”nin ortaq hədəfi

İngiltərənin “Liverpul” və “Mançester Siti” klubları “Torino”nun yarımmüdafiəçisi Samuel Riççiyə göz dikib.

Futbolpress.az xəbər verir ki, Turin komandasının rəhbərliyi Avropa klublarından Riççiyə baxan skautların sayının artmasından xəbərdardır. Daha əvvəl İtaliya klubunun prezidenti Urbano Kayro mərkəz yarımmüdafiəçisinin satılmadığını bildirmişdi.

23 yaşlı futbolçunun “Torino”yla müqaviləsi 2026-cı ilin yayına qədərdir.