Leverkuzen “Bayer”inin mərkəz müdafiəçisi Conatan Ta karyerasını “Barselona”da davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Barselona” 28 yaşlı alman futbolçuyla müqaviləni demək olar ki, bağlayıb. Tanın transferinin yanvarda baş tutacağı bildirilir.
Qeyd edək ki, 28 yaşlı oyunçunun “Bavariya”ya keçidi gözlənilirdi. Tanın “Bayer”lə müqaviləsi isə cari mövsümün sonunda bitir.