“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
Futbolpress.az xəbər verir ki, hadisə zamanı göyərtədə 67 sərnişin, 5 ekipaj üzvü olub. Onlardan 37-si Azərbaycan vətəndaşıdır.
Baş Prokurorluq qəzadan sağ çıxanların sayının 32 olduğunu açıqlayıb.
Təyyarə qəzasında həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə şəfa tapmasını arzulayırıq!