Azərbaycan Premyer Liqasında I dövrədə oyunlara ən çox təyinat alan hakimlər məlum olub.
“FutbolPress“in məlumatına görə, 18 turda ən çox matç idarə edən Əliyar Ağayev və İnqilab Məmmədovdur. Onlar 11 oyunda baş hakim olub. O, bu görüşlərdə 38 sarı, 1 qırmızı vərəqə göstərib. Ağayev 2 dəfə də komandaları penalti ilə cəzalandırıb.
Məmmədov isə 11 görüşdə 47 sarı vərəqədən istifadə edib, 3 dəfə penalti qərarı verib. Referi Premyer Liqada bu mövsüm ən çox “sarı”dan istifadə edəndir.
Rəşad Əhmədov və Kamal Umudlu isə hərəyə 9 matç idarə edib. Kamal Umudlu 44, Əhmədov isə 38 sarı vərəqə göstərib.
Ən az oyuna təyinat alan isə Nicat İsmayıllıdır. O, 2 matçda baş hakim olub və 11 sarı vərəqə göstərib.
Şahin Cəfərov