“Ümid edirəm ki, Azərbaycanda oynamaq şansım olacaq”

“Azərbaycan çempionatında nəticələrə baxıram. Vaxtım olanda da mütləq oyunları izləyirəm”.

Bu sözləri “FutbolPress“ə açıqlamasında “Sabah” və “Zirə”nin keçmiş hücumçusu Xulio Sezar Rodriqes deyib. Hazırda Paraqvayda “Deportivo Xinabayul”da çıxış edən forvard bunları söyləyib:

“Sabiq klublarım “Sabah” və “Zirə” yaxşı çıxış edir. Onlara görə şadam. Xoşbəxtəm ki, nəticələri ürəkaçandır. Azərbaycan mənə doğma yerdir. Hər zaman burda oynamaq həvəsim olub. Ayrıldıqdan sonra nə vaxtsa təklif almamışam. Bu ölkədə yenidən oynamaq istərdim. Ümid edirəm ki, Azərbaycanda çıxış etmək şansım olacaq”.

Xulio 2019/2020 mövsümündə “Zirə”də, 2020-2022-ci illərdə isə “Sabah”da forma geyinib.