MY-nin 230 milyonluq planı

“Mançester Yunayted”in qış fasiləsində transfer etmək istədiyi oyunçular məlum olub.

Futbolpress.az xəbər verir ki, “qırmızı şeytanlar” “Sportinq”dən Viktor Qyökereş, “Borussiya”dan Qreqor Kobel və “Barselona”dan Rafinyanı heyətinə qatmaq istəyir. Klubun bu transferlər üçün 230 milyon avroluq büdcə ayırdığı bildirilib.

Rafinya və Qyökereş hücumçu, Kobel isə qapıçıdır.

“Mançester Yunayted” Premyer Liqada 17 turdan sonra 22 xalla 13-cü sıradadır.