“Çelsi”nin sabiq futbolçusu Qustavo Poyet Cənubi Koreyada işləyəcək.
Futbolpress.az xəbər verir ki, mütəxəssis “Çonbuk Hende Motors” klubuna baş məşqçi təyin edilib. Bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Poyetin son ünvanı Yunanıstan yığması olub. O, 2024-cü ilin martında burdan ayrılıb.