“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.
“FutbolPress“in məlumatına görə, Premyer Liqa təmsilçisi “Sumqayıt”dan Rəhim Sadıxovla anlaşıb. Tərəflər arasında artıq bütün detallar razılaşdırılıb.
“Turan Tovuz” Rəhimin keçidini açıqlamaq üçün transfer dönəminin rəsmən başlayacağı günü gözləyir. “Sumqayıt” oyunçusunun satışından müəyyən qazanc da əldə edəcək.
28 yaşlı yarımmüdafiəçi mövsümün əvvəlində “Zirə”dən “Sumqayıt”a keçmişdi. O, “kimyaçılar”da 19 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.
Azərbaycanda qış transfer dönəmi yanvarın 14-də açıqlacaq və klublar 10 fevraladək yeni oyunçuları qeydiyyatdan keçirə biləcək.