“Bayer”in meneceri Fernando Karro komandadan ayrılacağı iddia edilən Florian Virtslə bağlı açıqlama verib.
Futbolpress.az xəbər verir ki, funksioner hücumçu ilə yeni sözləşmə imzalamadıqlarını deyib:
“Virtslə müqavilə imzalamışıq? Xeyr, doğru olsaydı, çox sevinərdim. Bizimlə 3 illik müqaviləsi var. Ümid edirik ki, azı DÇ-2026-ya qədər bizimlə qalar.
Müqaviləsini uzatmazsa, gələn mövsüm burda qalması çətin olacaq. Bunu istəmirik”.
Virts bu mövsüm 25 oyunda 12 qol vurub, 8 məhsuldar ötürmə edib.