Oskarın yeni klubu məlum oldu

Braziliya millisinin sabiq futbolçusu Oskarın yeni ünvanı məlum olub.

Futbolpress.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi “San Paulo”ya keçib. Bu barədə Braziliya klubunun mətbuat xidməti məlumat yayıb.

Oskar son olaraq Çində “Şanxay”da forma geyinib. 2008-2010-cu illərdə “San Paulo”da forma geyinən yarımmüdafiəçi daha sonra “İnternasional”a, ordan da “Çelsi”yə üz tutmuşdu. 2012-2017-ci illərdə “zadəganlar”da forma geyinən Oskar 2017-ci ildən Çində top qovurdu.