“Roma” qış fasiləsində beş futbolçusu ilə yollarını ayırmaq istəyir.
Futbolpress.az xəbər verir ki, bu barədə “Tuttosport” nəşri məlumat yayıb. Xəbərdə Brayan Kristante, Eldor Şomurodov, Lorenso Pelleqrini, Mario Hermoso və Zeki Çelik üçün gələcək təkliflərin dəyərləndiriləcəyi bildirilib.
“Roma”nın baş məşqçisi Klaudio Ranyeri oyunçuların performansından məmnun deyil.
“Canavarlar” A Seriyasında 17 turdan sonra 19 xalla 10-cu sıradadır.