“Napoli”nin sabiq baş məşqçisi Rudi Qarsiya maraqlı açıqlama ilə gündəmə gəlib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis Neapol təmsilçisində işləyən zaman klubun prezidenti Aurelio De Laurentisin hər işə qarışdığını deyib:
“Napoli”nin prezidenti Aurelio futbolu bilmir. Məni göndərmək əvəzinə komandada saxlasaydı, Çempionlar Liqasına gedə bilərdik. 60 yaşım var və kiminsə hansı heyəti meydana buraxacağımı deyə bilməz. O dönəmdə klubda işləyənlərin yarısından çoxu ayrılmaq istəyirdi. De Laurentis hər şeyə qarışırdı. Ona kənarda qalmasını dediyim üçün məni qovdu”.
Qarsiya 2023-cü ilin iyulundan noyabrına qədər “Napoli”yə rəhbərlik edib.