“Bavariya”nın futbolçusu Leroy Sane karyerasını İspaniyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Barselona” cinah hücumçusunun xidmətində maraqlıdır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Kataloniya klubu maliyyə problemləri səbəbindən yüksək məbləğli transfer edə bilmir. Bu səbəbdən maaşı daha aşağı və təcrübəsi olan futbolçulara diqqət yönəldilib. Klubun transfer siyahısındakı ilk adlardan biri də Leroy Sanedir.
“Barselona” Saneni mövsümün sonunda azad agent kimi heyətinə qatmaq istəyir. Tərəflər arasında danışıqlar başlayıb.
28 yaşlı futbolçu bu mövsüm 19 oyunda 5 qol vurub, 1 məhsuldar ötürmə edib.